"ABŞ yaxın saatlarda İrana qarşı yeni və sərt zərbələr endirməyi planlaşdırır".
 




Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
 
"Biz dünən onlara ağır zərbələr endirdik. Bu gün də yenidən sərt şəkildə zərbə vuracağıq", - deyə ABŞ prezidenti bildirib.
 
Onun sözlərinə görə, bu qərar İran qüvvələrinin ABŞ-yə məxsus helikopteri vurması ilə əlaqədardır.
 
"Mən hesab edirəm ki, bizim buna haqqımız var", - deyə Tramp əlavə edib.
 
Qeyd edək ki, daha əvvəl ABŞ tərəfi AH-64 "Apache" helikopterinin Hörmüz boğazı üzərində vurulduğunu açıqlamışdı. Hadisə ilə bağlı tərəflərin səsləndirdiyi versiyalar bir-birindən fərqlənir.