ABŞ komandanlığı SEPAH-ın bəyanatını təkzib etdi: "Hörmüz boğazı açıqdır!.."
11 Jun 2026, 07:27 29 baxış 2 dəq oxuma
ABŞ Mərkəzi Komandanlığı ("CENTCOM") İranın Xatəm əl-Ənbiya əməliyyat qrupu və İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazının bağlanması barədəki iddialarını təkzib edib.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, "CENTCOM"-a görə, İranın Hörmüz boğazının bağlandığı haqda iddiası yalandır və ticarət gəmiləri Hörmüz boğazından keçməkdə davam edir.
Komandanlıq həmçinin İran mediasının iranlıların Hörmüz boğazında Amerika hərbi gəmisinə hücum etdiyini iddia edən xəbərlərini yalan adlandırıb.
Bundan öncə İran İnqilab Keşikçiləri Korpusu(SEPAH) iki gəminin "qaydaları pozduğuna" və Hörmüz boğazından keçməyə cəhd etdiyinə görə hücuma məruz qaldığını açıqlayıb.
Bu iddia hələ müstəqil şəkildə təsdiqlənməyib.
SEPAH hərbi dəniz qüvvələri komandanlığı aşağıdakı bəyanatı yayıb:
"Fars körfəzində və ya Oman dənizində lövbər salmış hər hansı bir gəmiyə qarşı xəbərdarlıq edirik. Xəbərdarlıq edirik ki, Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq hesab ediləcək."
SEPAH-ın bəyanatı İran Silahlı Qüvvələrinin əməliyyat qərargahı olan X"atəm əl-Ənbiya" Hörmüz boğazının bütün növ gəmilər üçün (ödənişli və ya ödənişsiz) bağlandığını elan etməsindən qısa müddət sonra verilib. "Xatəm əl-Ənbiya" açıqlamasında bildirib ki, "Boğazdan keçməyə çalışan gəmilər hücuma məruz qalacaq".
Bəyanatda bildirilir ki, qərar ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına cavab olaraq verilib.
Son bir ay ərzində Hörmüz boğazından gündəlik 10-30 gəmi keçib.