Bakıda evdən meyit tapılıb.
 




Moderator.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb. 
 
Qəsəbə sakini, 1961-ci il təvəllüdlü Saatxan Babaxəlil oğlu Səftərovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə aşkar edilib. 
 
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.