Görüntülərdə Azərbaycanın korifey sənətkarı, SSRİ xalq artisti Rəşid Behbudovun Naxçıvanda yerli sakinlər üçün təşkil olunan konsertindən qısa bir hissə yer alıb.
Məlumata görə, video uzun illər arxivdə qorunub saxlanılıb və indiyədək ictimaiyyətə təqdim edilməyib.
Qeyd edək ki, sözügedən görüntülər Azərbaycanın musiqi və mədəniyyət tarixini əks etdirən qiymətli arxiv materiallarından hesab olunur.
Moderator.az sözügedən videonu təqdim edir: