Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.


Maraqlıdır, dəyişkən iş qrafikinin tətbiqi əsasən nəqliyyat sıxlığının azaldılması və məhsuldarlığın artırılması məqsədi ilə əsaslandırılır. Lakin bu model Bakı kimi yüksək sıxlıqlı şəhərdə real praktik nəticə verəcəkmi, beynəlxalq təcrübələr bu yanaşmanın effektivliyini necə göstərir və xüsusilə dövlət qurumları ilə yanaşı özəl sektorun da bu sistemə cəlb olunması nəzərdə tutulurmu, eləcə də təhsil və səhiyyə kimi kritik sahələrdə iş saatlarının dəyişməsi xidmət keyfiyyətinə və əlçatanlığa mənfi təsir riski yarada bilərmi?






Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib. 


Deputat qeyd edib ki, dəyişkən iş qrafiki inkişaf etmiş ölkələrdə tətbiq edilən bir praktikadır:


"Avropa ölkələri də daxil olmaqla bir sıra təcrübələr göstərir ki, bu model xidmətin keyfiyyətinə mənfi təsir göstərmir. Əksinə, aparılan təhlillərin əsas məqsədi də ondan ibarətdir ki, xidmətin keyfiyyəti aşağı salınmadan və əlçatanlıq azaldılmadan dəyişkən iş qrafiki tətbiq olunsun. Bu baxımdan Azərbaycanda da dəyişkən iş qrafikinin tətbiqi zamanı əlçatanlıq və xidmət keyfiyyəti nəzərə alınacaq. 


Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən, daha sonra dəyişkən iş qrafikinin tətbiqinə başlanılacaq. 


Bu kontekstdə aparılan qiymətləndirmələrdə əsas meyarlardan biri məhz xidmətin əlçatanlığı və keyfiyyətinin qorunmasıdır və tətbiq zamanı bu göstəricilərin yüksəldilməsi prinsipi əsas götürüləcək".


Pərvin Şakirqızı