Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, “Toyota” və “Renault” markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib.
Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.