Futbol üzrə dünya çempionatında həyəcan davam edir.


Moderator.az xəbər verir ki, qrup mərhələsinin birinci turu çərçivəsində daha iki maraqlı qarşılaşmaya start veriləcək.






İlk duel B qrupunda yer alan Kanada və Bosniya və Herseqovina yığmaları arasında baş tutacaq. "Toronto" stadionunda oynanılacaq bu matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.


Gecənin digər qarşılaşması isə iyunun 13-ü Bakı vaxtı ilə saat 05:00-da "Los-Anceles" stadionunda təşkil olunacaq. D qrupunun bu görüşündə ABŞ və Paraqvay milliləri münasibətlərinə aydınlıq gətirəcəklər.


Dünya çempionatı


B qrupu


I tur


12 iyun


23:00. Kanada - Bosniya və Herseqovina


"Toronto" stadionu


13 iyun


D qrupu


05:00. ABŞ - Paraqvay


"Los-Anceles" stadionu


Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.