İran-ABŞ arasında münaqişənin həlli ilə bağlı memorandum 14 bənddən ibarətdir.
 




Bu barədə Moderator.az "Mehr" agentliyinə istinadən xəbər verir.
 
Məlumata görə, memorandumda 30 gün ərzində dəniz blokadasının qaldırılması və Amerika qüvvələrinin İranla sərhəd ərazilərdən çıxarılması tələb olunur.
 
Agentlik iddia edir ki, Tehranla razılaşmaya əsasən, ABŞ və onun müttəfiqləri İranın yenidən qurulması üçün ən azı 300 milyard dollar dəyərində planlar təqdim etməlidirlər.
 
Qeyd edilib ki, İran-ABŞ razılaşmasında İran nefti və neft məhsullarının satışına sanksiyaların dayandırılması ilə bağlı bənd də var.
 
Eyni zamanda, İran və ABŞ 60 gün ərzində nüvə danışıqları aparacaq və nəticədə razılıq əldə olunacaq.