“Vətən sevgisi qarşısında bütün maneələr acizdir”.
Moderator.az xəbər verir ki, bunu “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı iə bağlı tədbirdəki çıxışında Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov bildirib. Zaur Hüseynov 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı zəfərin böyüklüyünə diqqət çəkib, 8 Noyabr zəfərinin tarixi əhəmiyyətinə toxunub:
“44 günlük Vətən müharibəsindən öncə, biz Şuşa haqqında düşünəndə xalqımızın başına gətirilən bəlaları xatırlayırdıq. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsi bizim milli ruhumuzu, Şuşa, Xocalı, Qarabağ haqında olan emosiyalarımızı pozitiv istiqamətdə dəyişdirdi.
Qarabağın azdlığı başda Şuşa zəfəri olmaqla Azərbaycanb Silahlı Qüvvələrinin qəhrəmanlıq səlnaməsidir. 28 ildən sonra Azərbaycan əsgərinin Şuşaya bayraq sancması və cənab Ali Baş Komandan tərəfindən bu xəbərin xalqa şəxsən çatdırılması bizim 28 ildən sonra tariximizin, incəsənətimizin, mədəniyyətimizin, milli qürurumuzun azad olunduğunu sübut etdi. Şuşa qələbəsi ilə xalqımız öz şanlı tarixinə yenidən qayıtdı”.
Seymur ƏLİYEV