Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaş batıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
 
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunublar.
 
Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Elvin Asif oğlu Quliyevin meyiti sudan tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.