Xalq artisti ƏSƏBLƏŞDİ: “4 ildir bağırıram, narahat edirlər, sizin nə işinizə qalıb ki, mən...” - ÖZƏL+FOTO
12 Jun 2026, 17:29 33 baxış 2 dəq oxuma
“Mən hazırda Moskvadayam. Bu gün mənim doğum günüm deyil. Yüzlərlə insan zəng edib mənim ad günümü təbrik edir. Özüm də narahat oluram ki, onları narahat edirəm. Bilmirəm hansı fakta əsaslanıb bunu yazıblar?! 4 ildir bar-bar bağırıram ki, mən 27 dekabrda doğulmuşam. Əvvəl yazmışdılar ki, Ağdamda anadan olmuşam, sonra düzəliş etdilər ki, Moskvada! Mən Bakıya gəlib aydınlaşdıracam ki, bu informasiyanı yazan kimlərdir?! Xahiş edirəm, dostum, mənim adımdan hamıya deyin ki, 27 dekabrda anadan olmuşam, buna düzəliş etsinlər”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, aktrisa Leyla Şıxlinskaya deyib.
Xalq artisti daha sonra bir iradını da bildirib:
“Vikipediyada mənim doğulduğum ili, yaşımı da düzgün vurğulamayıblar. Mən Moskvada da Kinematoqrafiya İttifaqının üzvüyəm. Orada heç vaxt hansısa məşhur aktrisanın neçə yaşının olduğunu yazmırlar. Bu etik deyil. Sizin nə işinizə qalıb ki, neçə yaşım var? Bunu yaşlı xanımlara da, cavan xanımlara da aid edirəm. Xanımın yaşını soruşmazlar”.
Qeyd edək ki, Bəhram Bağırzadə də aktrisa Leyla Şıxlinskaya ilə fotosunu paylaşaraq doğum günü münasibəti ilə təbrik edib.