Beyləqanda 65 yaşlı kişi kanalda batıb.






Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Eyvazallar kəndi ərazisindən keçən hissəsində baş verib.


Məlumata görə, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş. Hadisə də məhz həmin kənddə olub.


Hazırda onun axtarışları gedir.


Faktla bağlı araşdırma aparılır.