Macarıstan qırıcı təyyarələri təyyarə ilə müvəqqəti əlaqəni itirdikdən sonra İsraildən gələn sərnişin təyyarəsini müşayiət etmək üçün havaya qalxıb.
 




Moderator.az bu haqda İsrail mediasına istinadla xəbər verir ki, hadisə barədə Macarıstan Baş naziri Peter Magyar danışıb. 

O bildirib ki, Təl-Əvivdən Praqaya gedən təyyarə mülki hava nəqliyyatı dispetçerləri ilə əlaqəni itirdikdən sonra iki "JAS-39 Gripen" qırıcı təyyarəsinə havaya qalxmaq əmri verilib.


Havaya qalxdıqdan sonra hərbi pilotlar təyyarə ilə vizual əlaqə qurublar. Ekipaj tezliklə yerüstü hava nəqliyyatı idarəetməsi ilə radio əlaqəsini bərpa edib.


Macarıstan tərəfinin açıqlamasına görə, qırıcı təyyarələr sərnişin təyyarəsini Macarıstan hava məkanından çıxana qədər müşayiət etməyə davam ediblər. Əməliyyatı başa vurduqdan sonra qırıcı təyyarələr hava bazasına qayıdıb.


Əldə olan məlumata görə, sözügedən təyyarə Praqaya gedən "Israeyr" İsrail aviaşirkətinə məxsus iolub. Təyyarə marşrutu üzrə hərəkətini davam etdirib və Macarıstan ərazisindən təhlükəsiz şəkildə çıxıb.


Əlaqənin müvəqqəti olaraq kəsilməsinin səbəbləri rəsmi olaraq aydınlaşdırılmayıb. Təyyarənin ələ keçirilməsi qərarının niyə regiondakı bir neçə ölkənin hava məkanını keçdikdən bir müddət sonra verildiyi də hələ də aydın deyil.


S.Laçın