Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 




Moderator.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb.
 
Məlumata görə, 2008-ci il təvəllüdlü İlkin Hüseynovun idarə etdiyi "VAZ" markalı avtomobil kənd sakini, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub.
 
Ağır xəsarətlər alan piyada dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.