İyunun 10-da Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
 




Belə ki, "Spring" hoteldə 11-ci sinif şagirdi həyatını itirib.
 
Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, ərazidə çalışan şəxsin verdiyi məlumata görə, 11-ci sinif şagirdi iki dostu ilə hotelin ərazisindəki akvaparka istirahətə gəlib. Lakin bir müddət sonra həmin şəxsin qəfil halı pisləşib. Əraziyə təcili yardım çağırılmasına baxmayaraq, 11-ci sinif şagirdi Elvin Aslanlı həyatını itirib.
 
Mərhumun əmisinin dediyinə görə, gəncin ürəyində ciddi problemlər var imiş. Elə ölümünə səbəb də ürək çatışmazlığı olub.
 
Qeyd edək ki, Elvin Aslanlı iyunun 13-də orta məktəbin məzunu olacaqdı. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.