Pentaqon naməlum uçan obyektlər barədə məlumatlara həsr olunmuş üçüncü bir material toplusunu yayımlayıb.
Moderator.az-ın "Meduza" nəşrinə istinadla verdiyi xəbərdə deyilir ki, topluda FTB, MKİ və Pentaqonun arxivlərindən müxtəlif illərə aid 72 sənəd var.
Onlarda şahid ifadələri, video yazıları və müşahidə olunan obyektlərin bədii təsvirləri mövcuddur. Bir neçə sənəddə ABŞ-ın şimal-şərqindəki eyni ərazidə kürələrin və ya işıqlı şarların görüldüyü qeyd olunur.
Dərc olunmuş sənədlər arasında 1956-cı ildə MKİ-nin brifinq hesabatı da var. Orada Macarıstanda anadan olmuş Amerika vətəndaşının ifadəsi verilir. O, Budapeştdə yaşayan qardaşı qızının 1955-ci ilin noyabr ayında ona naməlum uçan obyektləri təsvir edən bir məktub göndərdiyini xatırlayır.
" "Uçan boşqab" deyilən obyektlər insanları həftələrlə həyəcanda saxlayırdı... Əminəm ki, bu barədə qəzetlərdə artıq oxumusunuz: bu obyektlərin sürəti saatda 12.000 kilometr olaraq qiymətləndirilirdi", - deyə məktubda bildirilir.
Sənəddə həmçinin Budapeşt və Moskva arasındakı marşrutda UNO-ların düzülməsini təsvir edən bir rəsm də var.
Xatlrladılır ki, fevral ayında Donald Tramp məsələyə "böyük maraq" olduğunu əsas gətirərək UNO sənədlərinin açıqlanmasını əmr edib. 8 və 22 may tarixlərində Pentaqon sənədlərin ilk iki dəstini xüsusi veb- saytında yerləşdirib.
S.Laçın