İyunun 13-də Şuşa şəhərində "Son zəng" çalınıb.
 




Moderator.az xəbər verir ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbində keçirilən "Son zəng" tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul şəxsləri, şəhid ailələri, qazilər və müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.
 
Tədbirdə çıxış edənlər məzunları "Son zəng" münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıblar.
 
"Son zəng" tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.