Suriyadan gətirilmiş 23 Azərbaycan vətəndaşı sosial xidmət müəssisəsinə yerləşdirilib - FOTO
13 Jun 2026, 15:03 2 baxış 1 dəq oxuma
Azərbaycan hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 Azərbaycan vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu barədə Moderator.az-a Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.
Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaq.
Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.