ABŞ İranla əldə olunan razılaşma çərçivəsində Tehranın 24 milyard dollar dəyərindəki dondurulmuş aktivlərinin sərbəst buraxılmasına razılıq verib.
 




Moderator.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İslam Respublikasının ali rəhbərinin məsləhətçisi, general Möhsün Rzayinin sözlərinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Birləşmiş Ştatların prezidenti İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin azad edilməsini təsdiqləyib, lakin hələlik bu barədə ictimaiyyətə açıq şəkildə bəyanat verməyə hazır deyil.
 
Qeyd edək ki, iyunun 12-si axşam saatlarında ABŞ-nin vitse-prezidenti Cey Di Vens "X" sosial şəbəkəsində İran aktivlərindən sanksiyaların götürülməsi ilə bağlı yayılan şayiələri təkzib edib. O vurğulayıb ki, respublika heç bir nağd pul əldə etməyəcək, sadəcə müqavilənin imzalanması və ya İran nümayəndələrinin danışıqlarda iştirak etməsi səbəbindən hər hansı bir maliyyə resursu sərbəst buraxılmayacaq.
 
Vens izah edib ki, razılaşma ilk növbədə Vaşinqton və müttəfiqlərinin narahatlıqlarını nəzərə alacaq şəkildə hazırlanıb. Həmçinin, Tehranın öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə həm respublikanın, həm də bütün Yaxın Şərqin iqtisadi fayda əldə edəcəyinə zəmanət verilir.