Ağdamın Kəngərli kəndi ərazisində quru ot və kolluq sahəsində yanğın başlayıb.


Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğının qısa müddətdə genişlənərək 60 hektardan artıq ərazini əhatə etdiyi bildirilir.






Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub. Alovun yayılması səbəbindən əlavə qüvvə olaraq FHN-in Xocalı rayon yanğınsöndürmə bölməsinin bir texnikası və əməkdaşları da əraziyə göndərilib.


Hazırda yanğının qarşısının alınması və tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.