Moderator.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 


Belə ki “Mersedes” markalı yük maşını ilə “Şevrolet” markalı avtomobil toqquşub. 


Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 2 nəfər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.


(qafqazinfo)