Moskva və Sankt-Peterburqdakı yanacaqdoldurma məntəqələrində də yanacaq satışına məhdudiyyətlər tətbiq edilib. Belə ki, benzin satışı hər müştəri üçün 20 litr, dizel satışı isə 40 litrlə məhdudlaşdırılıb.
 




Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.

Bu məhdudiyyətlər "Tatneft" yanacaqdoldurma məntəqələrinə, eləcə də ayrı-ayrı "Rosneft" və "Lukoyl" stansiyalarına şamil olunur.


Oxşar vəziyyət Ulyanovsk, Arxangelsk, Xabarovsk, Rostov, Kazan, Voloqda, Voronej, Kursk, Volqoqrad və digər Rusiyanın şəhərlərində də müşahidə edilir.


Lakin Sankt-Peterburq hakimiyyəti "ənənəvi olaraq" yanacaq çatışmazlığının olmadığını və təchizatın kifayət qədər olduğunu iddia edir. Bununla belə, gerçəklikdə bir çox yanacaqdoldurma məntəqələri artıq məhdudiyyətlərlə fəaliyyət göstərir.


Cəmi bir neçə il əvvəl Ukrayna yanacaq növbələrini lağa qoyan Rusiya indi özü də oxşar problemlərlə üzləşir.



Rusiyada yanacaq böhranı — son xəbərlər


XatırladıLIR ki  , Rusiyada aviasiya yanacağının tədarükündə fasilələr yaranıb. Təyyarələrin yanacaq doldurulmasına məhdudiyyətlər artıq bir sıra hava limanlarında, xüsusən də Mahaçqala, Mineralnıye Vodı, Krasnodar, Həştərxan və Nijni Novqorodda tətbiq olunub. Yanacaq doldurma yalnız konkret uçuş üçün lazım olan həcmdə həyata keçirilir. Səbəb neft emalı zavodlarına edilən hücumlar olub.


Həmçinin, Krımda yerli sakinlər  adambaşına yalnız 20 litrə qədər benzin ala bilirlər, yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır və bəzi bölgələrdə ümumiyyətlə yanacaq yoxdur.


 






S.Laçın