Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da Xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb. Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.


Rejissor Nigar Məcidova Moderator.az-a açıqlamasında sənətkarın həyatı təhlükəsinin olmadığını bildirib:







Flora xanım bu qayğıya görə çox şaddır. Son aylar Flora xanım bağda yaşayırdı. Təbiətlə təmasda olurdu, dincəlmək istəyirdi. Bu o demək deyil ki, Flora xanımın səhhətində ciddi problem var idi. O sadəcə yorulmuşdu. O qədər çıxışlar edirdi, efirlərə gedirdi ki.. O elə insandır ki, nəyisə demək istəyirdisə deyirdi, hansı efirə getmək lazım idisə gedirdi.. Onu heç kim məcbur edə bilməzdi” deyə Nigar xanım bildirib.




Qeyd edək ki, Nigar Cəlilova Xalq artisti haqda çəkilən “Flora” filminin rejissorudur.