“Düşmənə qarşı tək” filmini süni intellektin köməyi ilə xüsusi senari vasitəsilə ərsəyə gətirdik. Çox da yaxşı qarşılandı. “Zaman qurbanları”, “20 yanvar-qürur günü” filmi də izləyicilərin marağına səbəb olmuşdu. Bunu ilk edənlərdən biri bizik. Burada real aktyorlar oynamasa da, meydançada real rejissor olmasa da, real operator və səs rejissoru işləməsə də film çox realdır. Bizim məqsədimiz də bu idi ki, Milli Qəhrəmanımız Natiq Qasımovun haqqını verək. Natiq Qasımovun özünün də həyatı birbaşa olmasa da, biləvasitə kino ilə bağlı olub. Onun bu gün ruhu şaddır. Filmin senari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyndir. Onun da ən böyük arzularından biri məhz Natiq Qasımovla bağlı film çəkmək idi. Filmin ərsəyə gəlməsində bizə Baku Media Centerin rəhbəri Arzu Əliyeva da kömək edib. Ona öz dərin təşəkkürümüzü bildiririk”


Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva deyib. O bu mövzulu filmlərin gələcəkdə də reallaşdırılmasını istisna etməyib:

“Bu reallaşdırdığımız sayca 3-cü filmimizdir. Təbii ki, belə layihələrimiz çox olacaq. Düşündüyümüz filmlər və layihələrimiz var. Hələ ki, səsləndirmirəm. Öz reallığını tapandan sonra açıqlayacam. Amma bu işi davam etdirmək istəyirəm” deyə aktrisa bildirib.