ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında sazişin iyunun 14-də imzalanmasının planlaşdırıldığını bildirib.
Moderator.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.
Trampın sözlərinə görə, razılaşmadan dərhal sonra Hörmüz boğazının bütün gəmilər üçün açılması gözlənilir və tərəflər arasında münasibətlər əvvəlki administrasiyalardan daha yaxşı səviyyədədir.
O, həmçinin qeyd edib ki, ABŞ İran və Yaxın Şərq ölkələri ilə gələcək əməkdaşlığa ümid edir, lakin razılaşma baş tutmasa, alternativ addımların da mövcud olduğunu bildirib.
Trampın açıqlamasında, həmçinin İranın zənginləşdirilmiş uranı ilə bağlı məsələlərin gələcəkdə "uyğun vaxtda" həll ediləcəyi qeyd olunub.