Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.


Bildirilib ki, SEPAH Trampın bu tələskənliyinin suallar doğurduğunu bildirib, çünki iranlı danışıqçılar memorandum üzərində işin hələ başa çatmadığını və yaxın günlərdə imzalamaq planlarının olmadığını əvvəlcədən bəyan etmişdilər.


SEPAH Trampın tələskənliyini onun sazişin imzalanma mərasimini öz ad günü olan iyunun 14-nə təyin etmək istəyi ilə izah edir. Bəyanatda vurğulanır ki, bəzi müşahidəçilər bu israrın rəmzi xarakter daşıdığını və prezidentin bunu şəxsi piar aksiyasına çevirmək məqsədi güddüyünü düşünürlər.


Xatırladaq ki, iyunun 13-də Tramp Vaşinqton və Tehran arasında sazişin iyunun 14-də imzalanacağını bəyan etmişdi. Ağ Evin rəhbəri sənəd imzalandıqdan sonra Hörmüz boğazının hamı üçün açılacağını bildirib. Tramp həmçinin İranın heç bir yolla nüvə silahı əldə edə bilməyəcəyini, ABŞ-ın "uyğun vaxtda" İslam Respublikasının nüvə materiallarını müsadirə edərək məhv edəcəyini əlavə edib.


(publika)