Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda 2-ci qol vurulub.
Moderator.az xəbər verir ki, Avstraliya Türkiyə millisini növbəti dəfə məyus edib.
***
08:30
Futbol üzrə dünya çempionatının Avstraliya - Türkiyə oyununda hesab açılıb.
Moderator.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında avstraliyalılar ilk qolu vurublar.
27-ci dəqiqədə Nestori İrankunda fərqlənib.
***
08:00
2026-cı il futbol üzrə dünya çempionatının D qrupunun ilk matçı kimi diqqət çəkən Avstraliya - Türkiyə qarşılaşması oynanılır.
Moderator.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 08:00-da başlayıb.
Xatırladaq ki, Türkiyə yığması mötəbər turnirin qrup mərhələsində həmçinin ABŞ və Paraqvay milliləri ilə də qüvvəsini sınayacaq.