ABŞ-nin Vaşinqton ştatı ərazisində hərbi təyyarə qəzaya uğrayıb. Söhbət təlim uçuşu həyata keçirən "F/A-18 Hornet" qırıcı təyyarəsindən gedir.


Moderator.az NBC telekanalına istinadən xəbər verir ki, qəzadan sonra ştatın meşəlik hissəsində yanğın başlayıb.






Pilot xilas olmağı bacarıb. O, yüngül xəsarətlər alıb. Hüquq-mühafizə orqanları hadisəni dərindən araşdırmaq niyyətindədirlər.


"Bəyanatda günorta vaxtı Kaliforniyadakı "Miramar" dəniz piyadaları korpusunun aviabazasında dislokasiya olunmuş "F/A-18 Hornet" təyyarələrindən birinin iştirakı ilə baş vermiş qəzadan bəhs edilir", - deyə məlumatda bildirilir.