Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella komandasının 2026-cı il dünya çempionatında D qrupunun ilk turunda Avstraliyaya məğlubiyyətini (0:2) şərh edib.


Moderator.az xəbər verir ki, “A Spor” Montellanın sözlərini sitat gətirib:






“Oyun taktiki baxımdan gözlədiyimiz kimi keçmədi. Onların müdafiədə oturub gözləyəcəklərini bilirdik. Əks-hücum etdilər. İki qol buraxdıq və çox məyus olduq. Futbolçularım meydanda komanda ruhu nümayiş etdirdi və ehtirasla oynadı. Bu ruhda davam etsək, istədiyimiz nəticələrə nail olmağa başlayacağıq. Növbəti matçda daha yaxşı oynayacağıq”.


Türkiyə millisi qrup mərhələsinin 2-ci turunda Paraqvay (20 iyun), 3-cü turda isə ABŞ (26 iyun) ilə qarşılaşacaq.