Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin reytinq göstəricilərini əks etdirən fotoşəkil paylaşaraq qlobal miqyasda böyük əks-səda doğuran və sensasiya yaradan fikirlər səsləndirib.
Moderator.az xəbər verir ki, Ukrayna lideri Rusiyada daxili vəziyyətin gərginləşdiyinə diqqət çəkərək qeyd edib ki, Putinə idarəçilikdə nadir hallarda tam dürüst və bəzədilməmiş məlumatlar təqdim olunur. Zelenski rus xalqının Putinə qarşı olan narazılığının gələcək proqnoz göstəricilərinin qaçılmaz olaraq sürətlə yüksələcəyini vurğulayıb.
Eyni zamanda Ukrayna dövlət başçısı gələcəkdə mümkün sülh sazişinin artıq Putinlə imzalanmaya biləcəyinə çox açıq şəkildə eyham vurub.
Zelenski bəyan edib ki, zaman keçdikcə bu proses Rusiyada müqavilənin tamamilə başqa bir şəxslə – reallıqdan qaçmayan və gözünü həqiqətlərə yummayaq yeni bir rəhbərlə bağlanmalı olduğu mənasına gələ bilər.
(musavat)