15 iyun 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan xalqı və dövlətçiliyinin həyatında baş verən ən mühüm hadisələrdən biri kimi hər il böyük sevinc və təntənə ilə qeyd edilməkdədir. Milli dövlətçilik tariximizə yön verən, xalqımızın xilasının başlanğıcı olan bu hadisə mədəniyyət və incəsənətimizin bir çox sahələri kimi, ədəbiyyatımızda da yer almaqda, şeirlərdə, poemalarda, romanlarda parlaq boyalarla əks olunmaqdadır. Bu baxımdan yazıçı Rəna Qurbanlı Qılıcovanın müəllifi olduğu “Qurtuluş günü” şeiri müasir ədəbiyyatımızın maraq doğuran, parlaq nümunələrindəndir.
Qurtuluş günü!
Gün var ki, ömürə bərabər olur.
Əbədi olaraq yaddaşa dolur.
Tarixə yazılır qızıl həriflə.
Hər ildə qeyd olur böyük şərəflə.
Qurtuluş günüdür bu günün biri.
Bayrama bələyir bütün hər yeri.
On beşi iyundur həmin gözəl gün.
Xalqımız qeyd edir sanki toy- düyün.
Geriyə dönüşdü hakimiyyətə.
Əliyev bəxş etdi bunu millətə.
Ulu Öndərimiz qayıtdı geri.
Sevincə bələdi bütün hər yeri.
Qurtuluşa böyük addım atıldı.
Bayramlar içinə o gün qatıldı.
Birlikdə söyləyək, birlikdə deyək.
Qurtuluş günümüz olsun mübarək!
Məlumat üçün qeyd edək ki, Rəna Qurbanlı 1960 -cı il iyunun 26- da Sumqayıt şəhərində anadan olub. 1977- ci ildə Tovuz rayonunda Puşkin adına məktəbi bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almış, 1994-də məzun olmuşdur. Ailəlidir , üç övladı var. 12 kitabın (“Hər ömürdən bircə gün”, “Yaralı məhəbbət”, “Tənha çiçək” və s.) müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyininüzvü, Prezident təqaüdcüsüdür.
Seymur ƏLİYEV