İsrail ordusunun Dahiyədəki "Hizbullah" komanda mərkəzinə endirdiyi aviazərbələr zamanı qruplaşmanın komandirlərindən biri həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail ordusu Qobeyri rayonunda "Hizbullah"ın qərargah ofisinin yerləşdiyi beşmərtəbəli binaya hücum edib. Qeyd olunur ki, adı açıqlanmayan həlak olmuş komandir qruplaşmanın Livanın cənubu və şərqindəki birləşmələri arasında operativ rabitənin təşkilinə cavabdeh idi.
İsrail Müdafiə Ordusunun mətbuat xidmətinin bəyanatında deyilir ki, komanda mərkəzi "Hizbullah" tərəfindən İsrail vətəndaşlarına və Livanın cənubunda fəaliyyət göstərən əsgərlərə qarşı terror hücumları hazırlamaq üçün istifadə edilib.