Qeyd edim ki, bu video material Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində mühafizə olunub və indiyədək heç bir yerdə yayımlanmayıb.


Bu gün həmin qiymətli arxiv nümunəsini ictimaiyyətə ilk dəfə təqdim edirəm.






Kadrlarda Azərbaycanın əməkdar artisti Təranə Vəlizadənin gənc yaşlarında Naxçıvanda verdiyi konsertdən nadir fraqmentlər əks olunub. Bu kadrlar həm Naxçıvanın mədəni mühitini, həm də Azərbaycan səhnəsinin sevilən simalarından olan Təranə Vəlizadənin sənət yolunun gənclik illərini əks etdirən nadir sənəddir.


Düşünürəm ki, bu cür materiallar təkcə şəxsi maraq doğuran görüntülər deyil, həm də mədəni irsimizin qorunması, tədqiqi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Bu nadir video materialın yuyulub hazır vəziyyətə gətirilməsində böyük əməyi olan və onu mənə təqdim edən Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi hörmətli Mehman müəllimə dərin təşəkkürümü bildirirəm.


Belə arxiv nümunələrinin üzə çıxarılması həm Naxçıvan mədəniyyət tarixi, həm də ümumilikdə Azərbaycan incəsənət salnaməsi üçün çox dəyərlidir.


Ümid edirəm ki, bu görüntülər Mədəniyyət Nazirliyinin, media nümayəndələrinin, televiziya arxivlərinin, sənətşünasların və Təranə Vəlizadə yaradıcılığını sevən hər kəsin diqqətini çəkəcək.