Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.


 






Moderator.az xəbər verir ki, yığma Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.


 


Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.


 


Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltadan (15:14) güclü olub.