Göyərtəsində 14 Hindistan vətəndaşı olan "Virat 1" mexanikləşdirilmiş yelkənli gəmisi mexaniki nasazlıq səbəbindən Oman sahillərində batıb.


 






Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistan hökumətindəki mənbə bildirib.


 


Hindistanın Maskatdakı səfirliyinin məlumatına görə, hadisə yerində xilasetmə əməliyyatı keçirilir. Dənizçilərdən 11-i xilas edilib. Digər hindistanlıların axtarışı davam edir.