Xorvatiyada katamaran və yaxtanın toqquşması nəticəsində üç Çexiya vətəndaşı həyatını itirib.


 






Moderator.az ČTK agentliyinə istinadən xəbər verir ki, hadisə Adriatik dənizi sahilində yerləşən Split şəhəri yaxınlığında baş verib.


 


Məlumata görə, qayıqlarda ümumilikdə çox sayda insan olub.


 


Çexiyanın Xorvatiyadakı konsulu Ştepan Şantruçek üç Çexiya vətəndaşının öldüyünü təsdiqləyib. Bir neçə nəfər isə itkin düşmüş sayılır.