Ermənistanın "Alaşkert" klubu braziliyalı mərkəz müdafiəçisi Sezarın transferini elan edib.
Moderator.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
26 yaşlı futbolçu İrəvan klubunun yay transfer pəncərəsindəki növbəti yeni oyunçusu olub.
Sezarın son klubu Azərbaycanın "Şamaxı" komandası idi. Ötən mövsüm braziliyalı müdafiəçi komandanın heyətində 33 oyun keçirib və üç qolla yadda qalıb.
O, Azərbaycana gəlməzdən əvvəl Braziliyanın C və D Seriyalarında çıxış edib. "Alaşkert" ötən mövsümün yekunu üzrə Ermənistan çempionatında dördüncü yeri tutub.