Rusiya–Ukrayna münaqişəsinin nizamlanması üzrə amerikalı danışıqlarçılar Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda yenidən Moskvaya səfər edəcəklər.
Moderator.az-ın məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının nəticələrinə dair açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər Ukrayna gündəliyi ilə bağlı davam edən təmaslar çərçivəsində razılaşdırılıb.
"Hazırda İran məsələləri ilə çox sıx məşğul olan ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda yenidən Rusiyaya gəlməsi razılaşdırılıb", - Y.Uşakov qeyd edib.