ABŞ-də paraşütçüləri daşıyan təyyarə Missuri ştatının Batler şəhəri ərazisində qəzaya uğrayıb. Nəticədə 12 nəfər həyatını itirib.
Moderator.az "Fox News"a istinadən xəbər verir ki, yerli hava limanından havaya qalxan təyyarənin göyərtəsində 11 paraşütçü və 1 pilot olub.
Qeyd olunub ki, təyyarə havaya qalxdıqdan sonra qəfil istiqamətini dəyişərək magistral yol yaxınlığında yerə çırpılıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.