İran ABŞ Prezidenti Donald Trampın ad günündə Vaşinqtonla saziş bağlamaq istəməyib.


Moderator.az xəbər verir ki, bu barədə sazişin qeyri-adi təfərrüatı ilə bağlı "The New York Times" (NYT) qəzeti iki İran rəsmisinə istinadla məlumat yayıb.






İddia olunur ki, Tehran sülh sazişini razılaşdırmaq üçün xüsusi olaraq gecə yarısının keçməsini gözləyib. Ölkələr arasındakı 7,5 saatlıq vaxt fərqi ABŞ və İrana sülh sazişinin nə vaxt bağlanacağı ilə bağlı fərqli açıqlamalar verməyə imkan verib.


Daha əvvəl Donald Tramp İranla sülh sazişinə nail olunduğunu bəyan edib. O, "İran İslam Respublikası ilə saziş tamamlandı. Hamını təbrik edirəm! Bununla da mən Hörmüz boğazının açılmasına tam icazə verirəm", - deyə bildirib.


Bundan sonra dörd Avropa ölkəsi İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə hazır olduqlarını açıqlayıb. Bu barədə İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın birgə bəyanatında qeyd olunub.


(publika)