Cənubi Afrika Respublikasının Keyptaun beynəlxalq hava limanında 150 əqrəbi ölkədən çıxarmağa cəhd edən şəxs saxlanılıb.


Bu barədə SABC radiosu məlumat yayıb.






Əqrəblər təhvil verilmiş baqajda plastik paketlərin içində geyimlərin arasında gizlədilib. Polisə bağlı xüsusi bölmə əvvəlcədən bu cəhd barədə məlumat alıb.


28 yaşlı qaçaqmalçı həbs edilib. O, vəhşi heyvanların qanunsuz saxlanılması və onların qeyri-qanuni daşınması ittihamları ilə məhkəməyə çıxarılacaq.


Şəxsin hansı ölkəyə uçmaq istədiyi açıqlanmır. Həmçinin müsadirə edilən əqrəblərin növü də dəqiqləşdirilməyib.