Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 




Hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib.
 
Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quliyevi vurub.
 
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
(APA)