Ağ Evdə keçirilən möhtəşəm UFC gecəsində yüngül çəkidə titul döyüşü başa çatıb.


Justin Gaethje gərgin və dramatik keçən qarşılaşmada Ilia Topuria üzərində 4-cü raundda həkimlərin müdaxiləsi və döyüşün dayandırılması ilə qələbə qazanaraq UFC-nin yeni yüngül çəki çempionu olub.






Döyüşün ilk raundlarında üstünlüyü ələ alan Topuria daha aktiv və inamlı görünsə də, raundlar irəlilədikcə Gaethje-nin güclü təzyiqi və ardıcıl zərbələri qarşılaşmanın gedişatını dəyişib. 4-cü raundda isə Topurianın aldığı zərbələrdən sonra vəziyyəti ağırlaşıb və tibbi heyətin qərarı ilə döyüş dayandırılıb.