Fransa millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilyan Mbappe gələcəkdə siyasətə qoşulacağı və prezident seçkilərində iştirak edəcəyi ilə bağlı yayılan fikirlərə münasibət bildirib.


Moderator.az xəbər verir ki, hücumçu bu barədə “Le Parisien” nəşrinə müsahibəsində danışıb.






Gələcəkdə siyasətə atılmaq ehtimalı ilə bağlı sualı cavablandıran K.Mbappe prezident olmaq niyyətində olmadığını bildirib:


“Narahat olmayın, mən prezident olmayacağam. Mənə kifayət qədər nifrət edirlər”, – deyə o qeyd edib.


Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatında I qrupunda mübarizə aparacaq. Didye Deşamın rəhbərlik etdiyi komanda qrup mərhələsində Seneqal, İraq və Norveç yığmaları ilə qarşılaşacaq.