Paşinyan həyat yoldaşını 1-ci Xanımların Qlobal Akademiyasının Nyu-Yorkdakı tədbirinə yollayır...
15 Jun 2026, 17:00 31 baxış 1 dəq oxuma
Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Anna Akopyan Birinci Xanımların Qlobal Akademiyasının dördüncü illik tədbirində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına göndərilir.
Moderator.az xəbər verir ki, bu haqda "Armenian Times" nəşri məlumat yayıb.
Nikol Paşinyan qərarında qeyd edib ki, Anna Akopyanı ABŞ-a Baş nazirin həyat yoldaşı kimi göndərirlər.
Qərar 11 iyunda imzalanıb. Səfər 26 iyun - 4 iyul 2026-cı il tarixləri arasında planlaşdırılıb. Birinci xanımların tədbiri Nyu-Yorkda keçiriləcək.
Baş nazir əməkdaşlara müəyyən edilmiş qaydada gündəlik xərclər, 29 iyun - 3 iyul tarixləri arasında gecələmə və 4 iyulda tranzit məntəqəsində (Vyana) gecələmə daxil olmaqla, ezamiyyətlə bağlı faktiki xərclərin ödənilməsini təmin etməyi tapşırıb. Bu məqsədlə ayrılması planlaşdırılan vəsaitin məbləği hələlik açıqlanmayıb.