Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.


Moderator.az xəbər verir ki, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunda, Zaqatalanın Çobankol kəndi ərazisində baş verib.






Yolda hərəkətdə olan "Ford Transit" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü, Zaqatala rayon sakini 1976-cı il təvəllüdlü Əli Osmanov xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.