Gəncə-Bakı avtomobil yolunda sərnişin daşıyan avtobusla avtomobil toqquşub.


Moderator.az-ın məlumatına görə, hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.






Sərnişin daşıyan "Hyundai" markalı avtobus "Range Rover" markalı maşına arxadan çırpılıb.


İlkin məlumata görə, 1989 cu il təvəllüdlü Əli Süleymanov, 2 yaşlı Ə. Süleymanov, və 7 yaşlı M. Süleymanova, 1996 cı il təvəllüdlü Ruhanə Məmmədova, 2006-cı il təvəllüdlü Alim Məmmədov, 1996-cı il təvəlüddlü Elnurə Həsənova, 1995-ci il təvəllüdlü Samirə Məmmədova və 2000-ci il təvəllüdlü Asəf Mehdiyev xəsarət alıb.


Yaralılar bir ailənin üzvləridir. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.


Qəzanın səbəbləri araşdırılır.