Bu amil dövlətimizin bütün uğurlarında açar rolunu oynayıb
Bu gün 15 iyun – Milli Qurtuluş Günüdür. 1993-cü ilin bugünündə Ali Sovetin sədri vəzifəsinə seçilən Heydər Əliyev parçalanmaq, yox olmaq təhlükəsi ilə üzləşən Azərbaycanın öz müstəqilliyini qoruması, siyasi-iqtisadi, eləcə də hərbi yüksəlişi üçün mühüm addımlar atıb. Daxili pərakəndəliyin ortadan qaldırılması, qanunsuz silahlı birəlşmələrin ləğvi, vahid ordunun formalaşması, Bakı neftinin dünya bazarına çıxarılması, sosial-iqtisadi sahədə fundamental islahatların keçirilməsi və s. Heydər Əliyevin Azərbaycana yenidən həyat bəxş edən prinsipial yenilikləri kimi tarixə düşb. Lakin heç şübhəsiz, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı ən böyk xidməti onun milli birlik və həmrəyliyi təmin etməsi oldu.
Heydər Əliyev yaxşı anlayırdı ki, Azərbaycanın üzləşdiyi bəlalardan qurtulmasının ilkin şərti milli birlik, daxili həmrəylik əldə etməsindədir. Elə bu səbəbdən də Ümummilli Lider ölkə daxilindəki separatçı qüvvələri ifşa edərək xalqı mərkəzi hakimiyyət, azərbaycançılıq ideyası və müstəqil Azərbaycanın mənafeyi ətrafında birləşdirdi.
Milli birliyin təmin edilməsi ölkə daxilində sabitlik və firavanlığın bərqərar olmasına şərait yaratmaqla yaanşı, dövlətimizin digər uğuları üçün də açar rolunu oynadı. Daxili həmrəyliyin təmini bütün diqqəti xarici istilaya – erməni faşizminin işğal siyasətinə qarşı mübarizəyə yönəltməyə imkan verdi. Çox keçmədi ki, Heydər Əliyevin bilavasitə səyi ilə formalaşan nizami ordu nəinki düşmən hcumlarını uğurla dəf etməyə başladı, hətta bəzi istiqamətlərdə uğurlu əks-hcumlar təşkil etməklə düşmənə ağır zərbələr vurdu. Bu reallıq Ermənistanı Azərbaycanla atəşkəs sazişi bağlamağa, işğal siyasətini dayandırmağa məcbur etdi.
Bu gün Ulu Öndər fiziki olaraq xalqın arasında olmasa da, onun zəngin irsi, milli və bəşəri ideyaları, tövsiyyə və çağırışları bu gün də bizimlədir. Və bütün bu çağırışlar, tövsiyyə və ideyalar arasında bir fikir, bir çağırış xüsusi əhəmiyyət, həyati önəm kəsb edir. Bu da milli birlik və həmrəyliyi qoruyub saxlamağın vacibliyi zərurətidir. Nə qədər ki, biz Ulu Öndərin bu çağırışına əməl edəcəyik, uğur və müvəffəqiyyət də daim bizimlə olacaq!
Seymur ƏLİYEV