İranla anlaşma memorandumunu ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.


Moderator.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid ABŞ rəsmilərinə istinadən "X" sosial şəbəkə hesabında yazıb.






M. Qalibaf isə "X" sosial şəbəkə hesabında yazıb ki, İran yekun qələbəyə doğru böyük bir addım atıb. "Biz möhkəm dayanmışıq və Allahın köməyi ilə qələbə qazanacağıq", - o qeyd edib.


İran Prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək: "Bütün fəaliyyətlər milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xətlər çərçivəsində həyata keçiriləcək".