Avropa İttifaqı və Ukrayna arasında üzvlük danışıqları rəsmi olaraq başlayıb.


Moderator.az xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta "X" sosial şəbəkə hesabında bildirib.






“Bu gün Ukraynanın Aİ-də gələcəyinə doğru tarixi addım atırıq və üzvlüklə bağlı rəsmi danışıqlara başlayırıq”, - deyə o qeyd edib.


Danışıqlar Lüksemburqda keçirilən hökumətlərarası konfrans çərçivəsində başlanıb.